“Vest Hem”dən rekord transfer – Rəsmi

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi, “Ayntraxt”ın 25 yaşlı futbolçusu Sebastien Halleri heyətinə qatıb. Fransalı futbolçu ilə 5 illik müqavilə bağladığını açıqlayan “Vest Hem”, futbolçu üçün klub tarixinin rekord məbləğini ödədiklərini bildirib.

Klub, futbolçu üçün ödədikləri təzminat məbləğini açıqlamasa da, bu məbləğin 45 milyon avro olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button