“Vest Hem”də yeni futbolçu

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Uotford”un müdafiəçisi Kreyq Dousonu icarəyə götürüb.

Bu barədə “Vest Hem”in rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. İngilis müdafiəçi yeni komandasında “15” nömrəli formanı geyinəcək.

Douson 2019-cu ildən “Uotford”da çıxış edir. O, daha öncə “Vest Bromviç”, “Bolton”, “Roçdeyl” və “Redkliff Boro” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button