“Menecerim mənə uyğun, böyük tarixə malik klub axtarır”

“Qalatasaray”ın transfer hədəfində olduğu deyilən “Vest Hem”in futbolçusu Xavyer Hernandes gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, meksikalı futbolçu, “Vest Hem”dən ayrılacağını deyib:

“Menecerim mənə uyğun, böyük tarixə malik klub axtarır. Belə bir komanda tapa bilməsək, “Vest Hem”də qalacam. Klubla daha bir illik müqaviləm var. Buna baxmayaraq, “Vest Hem”lə razılıq əldə edə bilsəm, transferim daha asan olar. Mövsüm bitdikdən sonra klubla ortaq bir qərar verdik və ayrılığın ən yaxşı seçim olduğunu anladıq”.