Uruqvaylı futbolçu üçün 50 milyon avro

İngiltərənin “Vest Hem” klubu Çinə transfer olunan Marko Arnautoviçin əvəzləyicisini İspaniyada tapıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Vest Hem” “Selta”nın 22 yaşlı futbolçusu Maksi Qomesi transfer etmək üçün hərəkətə keçir. İngiltərə təmsilçisinin uruqvaylı futbolçunun 50 milyon avroluq təzminat məbləğini ödəməyə hazır olduğu bildirilir.

Bundan başqa, Qomeslə “Valensiya”nın də maraqlandığı, amma “yarasalar”ın cəmi 25 milyon avro ödəməyə hazır olduğu deyilir.

“Selta”yla 2022-ci ilədək müqaviləsi olan Qomes, son mövsümdə iştirak etdiyi 36 oyunda 13 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button