Almaniya klubu futbolçusunu İngiltərəyə göndərdi

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun futbolçusu Sebastian Haller karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Vest Hem” 25 yaşlı futbolçu üçün Frankfurt təmsilçisi ilə razılıq əldə edib. Futbolçu tibbi müayinədən keçmək üçün Londona göndərilib. Fransalı futbolçu tibbi müayinələrdən uğurla keçə bilsə, yaxın günlərdə rəsmi müqaviləyə imza atılacaq.

Bir neçə gün əvvəl “Vest Hem”in Haller üçün 40 milyon avro ödəyəcəyi və futbolçu ilə 5 illik müqavilə bağlayacağı bildirilmişdi.

Frankfurt təmsilçisi ilə 2021-ci ilədək müqaviləsi olan 24 yaşlı futbolçu, son mövsüm iştirak etdiyi 41 oyunda 20 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.