“Verder” Bundesliqada qaldı

Futbol üzrə Almaniya Bundesliqasında 2019/20 mövsümünü 16-cı pillədə başa vuran “Verder” 2-ci Bundesliqanın üçüncüsü “Haydenhaym”la cavab pley-off matçına çıxıb.

Komanda.az xəbər verir ki, bu komandalar arasındakı ilk qarşılaşma Bremen təmsilçisinin meydanında baş tutmuşdu və qolsuz başa çatmışdı.

“Haydenhaym”ın meydanın keçirilən cavab görüşündə isə 2:2 hesabı qeydə alınıb. Nəticədə “Verder” məhz səfər qolları sayəsində bu cütün qalibi olaraq əsas Bundesliqadakı yerini qoruyub. “Haydenhaym” isə növbəti mövsümü də 2-ci Bundesliqada keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button