300-ə çatdı

PSJ Fransa Liqa 1-in 20-ci turu çərçivəsində “Monako” ilə 3:3 hesablı heç-heçəyə razılaşıb.

Komanda.az Paris klubunun saytına istinadən xəbər verir ki, bu oyun PSJ-nin yarımmüdafiəçisi Marko Verratti üçün əlamətdar olub. İtaliyalı futbolçu PSJ-nin heyətində 300-cü oyununu keçirib. Yarımmüdafiəçi bu göstəricidə 8-ci futbolçu olub.

2012-ci ildən PSJ-nin şərəfini qoruyan 27 yaşlı futbolçu, bu oyunlarda 9 qolla yadda qalıb. Verrattinin klubla müqaviləsi 2024-cü ilin iyununadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button