Venger narazıdır – Millətlər Liqasından

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis UEFA Millətlər Liqasının ləğvini təklif edib:

“Millətlər Liqasını ləğv etməli və hər kəsin bildiyi turnirləri keçirməliyik. İnsanlardan Millətlər Liqası barədə soruşsaz, çox az adam bunu izah edə biləcək. Turnirlərin sayının azaldılması lazımdır. Hər iki ildən bir dünya və Avropa çempionatı keçirmək daha məqsədəuyğundur. Bunun turnirlərin dəyərinin azalmasına səbəb olacağı deyilir. Düşünürəm ki, vacib olan vaxt deyil, turnirin keyfiyyətidir. İnsanlar hər il Çempionlar Liqasını izləyirlər. Bu, irəliyə doğru atılmış addım olar”.