Varan rəsmən “Mançester Yunayted”də

İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi İspaniyanın “Real” klubunun müdafiəçisi Rafael Varanı transfer edib.

Bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb. Futbolçu ən qısa zamanda tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacaq. Amma tərəflərin neçə illik anlaşdığı açıqlanmır.

Qeyd edək ki, Rafael Varan 2011-ci ildən “Real”da çıxış edirdi. 28 yaşlı futbolçu Fransa millisində 79 matça çıxıb, 5 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button