“VAR-dan şikayət edən insanları dinləməkdən bezmişəm”

İngiltərənin “Liverpul” klubunun keçmiş futbolçusu Cimi Karrager videotəkrar sistemi (VAR) ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı sabiq futbolçu, VAR-a qarşı münasibətinin dəyişdiyini bildirib:

“Mövsümün əvvəlində bu sistemlə bağlı danışarkən, VAR-ın tərəfdarı kimi görünürdüm. Onu deyim ki, heç vaxt VAR tərəfdarı olmamışam, sadəcə, bu sistemə müəyyən qədər şans verilməsinin lehinə idim. Bu sistem oyuna kömək məqsədiylə təqdim edilib, məhz buna görə, VAR-a dəstək olurdum. Amma indi baş verənlərə baxıram və artıq bu sistemi dəstəkləyə bilməyəcəyimi başa düşürəm. VAR-dan şikayət edən insanları dinləməkdən bezmişəm. VAR təklifi hakimə kömək üçün ortaya çıxdı, hakimlərin qərarlarını çox müzakirə edirdik. İndi isə qərarların müzakirəsinə 2-3 dəfə çox vaxt itiririk. VAR vəzifəsinin öhdəsindən gələ bilmədi”.