Vaqner Lav “Sabah”a keçir

Braziliya millisinin keçmiş futbolçusu Vaqner Lav “Sabah”a keçməyə yaxındır.

Komanda.az “Eurostavka” saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu “Sabah”la müqavilə imzalayacaq. Xəbərdə bildirilir ki, Lav Azərbaycan Premyer Liqasının ən yüksək ödənişli oyunçusu olacaq.

“Sambaçı”nın “Sabah”ı seçməsində klubun infrastrukturu və baş məşqçi Murad Musayev amili həlledici rol oynadığı bildirilib.

Son klubu Danimarka “Midtülland”ı olan Lav Rusiyanın ÇSKA, Fransanın “Monako”, Türkiyənin “Alanyaspor”, “Beşiktaş” və Qazaxıstanın “Kayrat” komandalarında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button