Vaqner da Silva: “Hamı bərabər əziyyət çəkdi”

“Qarabağ”ın qapıçısı Vaqner da Silva UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu “Partizani”yə qarşı keçirdikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, braziliyalı qolkiper 2:0 hesabıyla qalib gəldikləri matla bağlı öncə bunları söyləyib:

  • Oyunun ən yaxşısı olmağımla razı deyiləm. Biz bu gün komanda oyunu nümayiş etdirdik. Hər şeyi ortaya qoyduq. Komanda yoldaşlarımı təbrik edirəm. Stadiona gələn hər bir azarkeşə minnətdaram, sona qədər dəstək oldular.
  • Oyunun ikinci hissəsində vacib qurtarış etdin. Həmin epizod həlledici an oldu?
  • İstənilən halda, qapıçı üçün qurtarış etmək sevindiri haldı. Ona görə də biz bundan bir növ zövq alırıq. Ancaq bu qələbə komandanındı. Hamı bərabər əziyyət çəkdi. İndi diqqətimizi növbəti oyunlara yönəltməliyik.
  • 2-ci təsnifat mərhələsində “Riqa”nı arzu edirdin, yoxsa “Dandolk”u?
  • Çox təəssüf ki, rəqibi seçmək ixtiyarımız yoxdu. Bizə mərhələni keçmək lazım idi. Artıq kiminlə qarşılaşacağımız önəmli deyil. Oyuna ciddi hazırlaşmalıyıq.
  • “Qarabağ”ın yeni qapıçı alacağı iddiaları var. Rəqabətə hazırsan?
  • Bu sual mənə aid deyil. Rəqabətdən heç zaman qorxmamışam. Karyeram ərzində hər zaman rəqabət yaşadım və buna hazıram. Digər qapıçımız Şahruddində böyük potensial görürəm. Azərbaycanın böyük qapıçılarından biri olacaq. Rəqabətdən çəkinmirəm. Bu məsələ klubun üzərinə düşür.