Van Qal məşqçilik karyerasını bitirməyib? – Açıqlama

“Mançester Yunayted”in sabiq baş məşqçisi Lui Van Qal açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis, məşqçilik karyerasını bitirmədiyini deyib:

“Mətbuat mənim karyeramı bitiməyimə qərar verərək, bunu yazdı. Mən sadəcə, elə hiss etdiyimi demişdim. Amma heç kim gələcəkdə nə baş verəcəyini bilməz”.

Hollandiyalı mütəxəssis, birlikdə çalışdığı futbolçular haqqında da danışıb:

“Mən Luiş Fiqu və Frank Raykardla 30 yaşlarından etibarən çalışdım. Raykardın 34 yaşı olarkən, olduğu səviyyəni özü üçün istifadə etmədi, komandanın məqsədləri üçün istifadə etdi. Bu cür futbolçular sizin ulduz dediyiniz futbolçulardan daha faydalıdır. Frank Riberi bu cür futbolçulardan olmadı, o, komandadan əvvəl özünü düşünürdü”.

Joze Mourinyo və Pep Qvardiola haqqında da danışan mütəxəssis, onları belə müqayisə edib:

“Mourinyo taktikaya köklənən məşqçidir. Qvardiola da elədir, amma o daha çox hücuma üstünlük verir. Mourinyo isə müdafiəyə köklənir”.