Van Persi Messi ilə Ronaldonu “unutdu”

Niderlandlı sabiq futbolçu Robin van Persi “qızıl top” mükafatı üçün namizədlərini açıqlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, Robert Levandovski (“Bavariya”), Kevin de Bruyne (“Mançester Siti”) və Sadio Maneni (“Liverpul”) ilk 3-lüyə layiq bilib. O, bu mükafat üçün “Barselona”nın hücumçusu Lionel Messini və “Yuventus”un üzvü Kriştiano Ronaldonu siyahıya daxil etməyib.