MY “Barselona”nın futbolçusu üçün ilk təklifini etdi

“Mançester Yunayted” “Barselona”nın satış siyahısında olan futbolçu üçün təklif göndərib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun müdafiəçisi Samuel Umtiti “qırmızı şeytanlar”ın transfer hədəfindədir. Mançester təmsilçisi katalonların baş məşqçisi Ernesto Valverdenin gələcək planlarında yer almayan 25 yaşlı futbolçu üçün ilk təklifini də göndərib. Klub Umtiti üçün “Barselona”ya 50 milyon avro təklif edib. İspanlar isə bu təklifdən imtina edərək, futbolçu üçün 60 milyon avro tələb ediblər.

2016-cı ildə “Barselona”ya transfer olunan Umtiti, son mövsümdə 15 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button