“Barselona” “döyüş”ə gəncləri göndərir

“Barselona” İspaniya La Liqasının 36-cı turunda “Selta” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi səfər oyununa ikinci heyətlə çıxacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mayın 7-də Çempionlar Liqasının yarımfinalının cavab oyunu çərçivəsində (ilk oyun 3:0) “Liverpul”la qarşılaşacaq “Barselona”da komandanın əsas üzvlərinə istirahət veriləcək.

Baş məşqçi Ernesto Valverde “Selta” ilə matçda İnyaki Penya, Mussa Baqe, Oriol Buskets, Aleks Kollado, Riki Puç, Karles Peres və Abel Ruis kimi gənc futbolçulara şans verəcək.

“Selta” – “Barselona” matçı sabah, saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button