Valverde: “O, çempionluğu gətirdi”

“Barselona”nın baş məşqçisi Ernesto Valverde La Liqanın 35-ci turunda “Levante”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, minimal hesabla qələbə qazanaraq, sona 3 tur qalmış çempionluğunu elan edən Kataloniya təmsilçisinin çalışdırıcısı oyunla bağlı bunları deyib:

“Rəqiblərimizi və oynadığımız oyunları nəzərə alsaq, asan çempionluq olmadı. Ardıcıl iki il bunu bacardığımız üçün xoşbəxtəm. Ancaq bizi gözləyən çətinliklər var.

Lionel Messi bu gün 45 dəqiqə oynamaq məcburiyyətində qaldı.

“Liverpul”la Çempionlar Liqasında mühüm qarşılaşmamız var. Buna hazır olmalıyıq.

Sonda məqsədimizə çatdıq. Messinin belə oyunlarda qol vuracağını hamımız bilirik. O, çempionluğu gətirdi”.

“Barselona” La Liqada 83 xalla liderdir. Ən yaxın izləyicisi “Atletiko”nu 9 xalla qabaqlayan Kataloniya təmsilçisi, sona 3 tur qalmş çempionluğunu elan edib. “Barsa” Çempionlar Liqasının yarımfinalının ilk oyununda, mayın 1-də “Liverpul”la qarşılaşacaq.