“Valensiya”nın futbolçusu rəsmən “Atletiko”da

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi “Valensiya”nın yarımmüdafiəçisi Jofrre Kondoqbyanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı fransalı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

“Atletiko” bu keçid üçün qarşı tərəfə 15 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Kondoqbya 2017-ci ildən “Valensiya”da çıxış edirdi. O, daha öncə İspaniyada “Sevilya”nın, Fransada “Lans” və “Monako”nun, İtaliyada “İnter”in də uğurları üçün çalışıb.