“Valensiya” və “Roma”ya koronavirus əngəli

“Valensiya” və “Roma” “River Pleyt”in futbolçusu üçün mübarizə aparır.

Komanda.az Argentina mətbuatına istinadən xəbər verir ki, “River Pleyt”in 23 yaşlı müdafiəçisi Gonsalo Montiel yay transfer pəncərəsi dövründə klubunu dəyişə bilər. Montielin bir çox klubun maraq dairəsində olduğu, lakin “Valensiya” və “Roma”nın bu transfer üçün daha iddialı olduğu bildirilir. Klublar koronavirus səbəbiylə yaranan qeyri-müəyyənlik səbəbiylə rəsmi müzakirələrə başlaya bilmir.

Argentinalı futbolçunun “River Pleyt”lə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.