“Valensiya”da “üsyan” – Mətbuat konfransına getmədilər

“Valensiya” Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Çelsi” ilə qarşılaşacaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, La Liqa təmsilçisinin heç bir futbolçusu “Çelsi” ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etməyib. Buna səbəb, “Valensiya”lı oyunçuların klubun rəhbərliyinin keçmiş baş məşqçi Marselinonu qovmasına etiraz etməsidir.

Futbolçular klubun rəhbərliyinə etiraz olaraq, La Liqanın sonuncu turunun “Barselona” ilə matçından (2:5) sonra da heç bir açıqlama verməmişdilər.

“Valensiya” klubunun sahibi Piter Lim, bir müddət əvvəl baş məşqçi Marselino Qarsiya Toralı istefaya göndərib. Onun əvəzinə komandanın “sükan”ı Albert Seladesə tapşırılıb.

“Çelsi” – “Valensiya” matçı bu gün keçiriləcək və saat 23:00-da start götürəcək.