“O, hələ də möhtəşəm futbolçudur” – Van Persi

“Mançester Yunayted”in sabiq futbolçusu Robin van Persi “qırmızı şeytanlar”dan ayrılacağı deyilən Aleksis Sançeslə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı sabiq futbolçu, Sançesin “qırmızı şeytanlar”ın heyətində xoşbəxt olmadığını deyib:

“Aleksis hazırda xoşbəxt görünmür, onun meydanda güldüyünü heç görməmişəm. Üzərində təzyiq olub-olmadığını bilmirəm, amma o, özü bunu həll etməlidir. Onun sosial şəbəkələrdə çox tənqid olunduğunu görürəm. Aleksis bunlara fikir verməyərək, futboldan həzz almalıdır.

O, hələ də möhtəşəm futbolçudur. Meydanda fərq yarada biləcək bütün xüsusiyyətlərə sahibdir. Özünü xoşbəxt hiss etsə, yenidən komandasına faydalı ola bilər”.

Sançesin icarə əsasında “İnter”də çıxış edəcəyi bildirilir.