“Real”? Xeyr, mən uşaqlıqdan “Barselona” azarkeşiyəm”

“Valensiya”nın ispaniyalı yarımmüdafiəçisi Niko Qonsales özünü “Real”ın futbolçusu kimi görmədiyini deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, uşaqlıqdan “Barselona” azarkeşi olduğunu bildirib:

“Real”? Xeyr, mən uşaqlıqdan “Barselona” azarkeşiyəm. “Valensiya”da çox xoşbəxtəm, “Barsa”da da xoşbəxt idim. Karyeramı Madriddə bitirəcəyimi düşünmürəm”.

Qonsales 2013-2020-ci illərdə “Barselona”nın gənclər komandasında çıxış edib, 2021-ci ildə əsas heyət oyunçusu olub. Onun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Niko hazırda icarə əsasında “Valensiya”da çıxış edir. O, bu mövsüm La Liqada 6 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button