“Atletiko”nun sabiq hücumçusu karyerasını bitirdi

Uruqvay millisinin və “Atletiko” klubunun sabiq üzvü Dieqo Forlan futbolçu karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 40 yaşlı hücumçu İspaniya mətbuatına açıqlamasında deyib.

Karyerası ərzində “Mançester Yunayted”, “İnter”, “Atletiko” kimi klublarda çıxış edən Forlan, 112 dəfə də Uruqvay millisinin formasını geyinib.

2018-ci ilin iyulundan işsiz olan Forlan, son olaraq Honkonqun “Kitçi” klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button