Uruqvay millisinin üzvü koronavirusa yoluxdu

Portuqaliyanın “Benfika” klubunun iki futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Darvin Nunez və Yulian Vayqlın koronavirus testləri pozitiv nəticələnib. Nunez Uruqvay millisinin düşərgəsində koronavirusa yoluxub.

Hər iki futbolçu karantinə alınıb.