Koronavirusa yoluxanların sayı 16-ya çatdı – milli komandada

Futbol üzrə Uruqvay milli komandasının daha bir üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, “Kalyari”nin şərəfini qoruyan Dieqo Qodinin koronavirus testi pozitiv nəticələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvay millisinin düşərgəsindən qayıdan futbolçunun koronavirus testi pozitiv olub və o, karantinə alınıb.

Bununla da, Uruqvay millisində koronavirusa yoluxanların sayı 16-ya çatıb.