Unay Emeri: “Qarabağ”ın çox şən, cəlbedici oyunu var”

İspaniyanın “Vilyarreal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib:

Komanda.az xəbər verir ki, ispan mütəxəssis, 3:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Maraqlı və rəqabətə davamlı oyun oldu. İlk hissədə “Qarabağ” baxımlı oyun göstərdi. Birinci hissədə istədiyim komandanı meydanda görmədim. Amma ikinci hissədə komandam özünə gəldi və düşünürəm ki, layiqli qələbə qazandıq.
  • Daha əvvəl gördüyünüz “Qarabağ”la indiki arasında nə fərq gördüz?
  • “Qarabağ”ın çox şən və cəlbedici oyunu var. Müqayisə edəndə, hardasa oxşarlıq var. “Qarabağ”ın yaxşı hücumameyilli futbolçuları var.
  • “Qarabağ” hesabı açanda 3 qol vuracağınızı düşünürdüz, yoxsa artq məğlubiyyət gözləyirdiz?
  • Əsas olan qol buraxdıqdan sonra sakitliyi qorumaqqdır. Qol vuracağımıza inanırdım.
  • La Liqada belə epizodlarda penalti təyin edilə bilərmi?
  • Penalti oyunun nəticəsini müəyyənləşdirmədi. Onsuz da hesabda öndə idik və qələbə qazanırdıq. VAR sistemi olsaydı, daha dəqiq deyə bilərik. Bəlkə də, təmas var idi, amma belə dəqiq deyə bilmərəm.
  • Sizcə, “Qarabağ”ın qrupdan çıxma şansı necədir?
  • Bizim üçün bu gün qələbə qazanmaq önəmli idi. Düzdür, qarşıda oyunlar var. “Qarabağ”ın qrupdan çıxmaq imkanları var.
  • “Sivasspor” və “Qarabağ”la qarşılaşdız. Hansı komandanın oyunu sizin üçün daha çətin oldu?
  • Hər iki komanda ilə oyun bizim üçün çətin oldu. Türkiyə çempionatı daha çətindir. “Makkabi”ni tanımıram, amma “Qarabağ” daha təcrübəlidir və yaxşı legionerləri var. “Qarabağ”ın qarşıdakı oyunlarda xal qazanacağına inanıram.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button