Umtiti “Barselona”dan ayrılır? – Qardaşından açıqlama

“Barselona”dakı gələcəyi müzakirə edilən Samuel Umtitinin qardaşı və meneceri Yannik Umtiti məsələylə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, adı “Lion”la yanaşı çəkilən Samuelin Kataloniya klubundan ayrılmaq istəmədiyini bildirib:

“Samuel bu yay “Barselona”dan ayrılmaq istəmir, amma klubun dəyişiklik etmək arzusunu nəzərə alsaq, Umtitiyə uyğun alternativlər tapmaq lazım ola bilər. Təəssüf ki, “Lion”la bağlı söhbətlərin gerçəkləşmə ehtimalı çox aşağıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button