“Ümid edirəm ki, dünyanın ən yaxşısı olan Messi karyerasını burda bitirər”

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, liqa rəhbəri, “Barselona”nın ulduz futbolçusu Lionel Messi barədə danışıb:

“Messinin La Liqada olmasını istəyirəm, Joze Mourinyonu, Pep Qvardiolanı, Yurgen Kloppu və Kriştiano Ronaldonu burda görmək istədiyim kimi. Belə şəxslərin hər biri çempionatın inkişafına kömək edir. Ümid edirəm ki, dünyanın ən yaxşısı olan Messi karyerasını burda bitirər.

Antuan Qrizmann İspaniya klublarının ən böyük transferlərindən biridir. “Real” Avropanın ulduzlarından hesab olunan Kərim Benzemaya sahibdir. La Liqanı yüksəltmək üçün çox çalışmaq lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button