“Hər iki oyunda “Real”dan yaxşı idik” – Kaştru

Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Luiş Kaştru Çempionlar Liqasında “Real”a qarşı keçirdikləri ev oyununu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Taktikamız ilk oyundakı kimi oldu. “Real”ın qələbə üçün oynayacağını yaxşı bilirdik. Təslim olsaydıq, bizim üçün çətin olacaqdı.

Futbolda sirr yoxdur. Ən böyük sirr səmimi olaraq işləmək, çətinliklərin öhdəsindən birgə gəlməkdir. “Borussiya” (Münhenqladbax) hər iki oyunda bizə qalib gəldi. Çünki onlar bizdən yaxşı idilər. Biz də hər iki oyunda “Real”dan yaxşı idik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button