Luçesku: “Barselona”dan qorxduq”

Ukraynanın “Dinamo” komandasının baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasında “Barselona”ya uduzduqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az “ua.tribuna.com” saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis, 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Əlbəttə, nəticədən narazıyam. İstədiyimiz hesab olmadı. Matçın ikinci hissəsində “Barselona”dan qorxduq. Futbolçularım buranın Çempionlar Liqasını olduğunu bilməlidir. Burda mübarizə yüksək səviyyədə gedir.

Oyuna baxsaq, “Barselona”nın 18, bizim isə 7 qayda pozuntusuna yol verdiyimizi görərsiz. Əks-hücumlarımızın qarşısı kobudluqla alınırdı. Bizə qarşı çox aqressiv oynadılar. Qarşılaşmanın əvvəlində qol üçün imkanımız var idi. Dəyərləndirə bilsəydik, bəlkə də, hər şey fərqli olacaqdı”.