75 yaşında Çempionlar Liqasının tarixinə düşdü

Ukraynanın “Dinamo” klubu Çempionlar Liqasının pley-off mərhələsində “Gent”i mübarizədən kənarlaşdırıb.

Komanda.az xəbər verri ki, qrup mərhələsinə vəsiqə qazanan Kiyev təmsilçinin baş məşqçisi Mirça Luçesku turnirin tarixinə düşüb. Belə ki, 75 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində iştirak edən ən yaşlı baş məşqçi olub.

Əvvəlki rekord “Bavariya”nın sabiq çalışdırıcısı Yupp Haynkesdə idi. O, 72 yaşında Münhen təmsilçisi ilə ÇL-də iştirak etmişdi.