Paşayev oynamadı, komandası uduzdu

Ukraynanın “Aleksandriya” klubu növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Ukraynanın “Dnipro-1” klubu ilə qarşılaşıb.

Görüş “Aleksandriya”nın 1:2 hesablı məğlubiyyəti ilə bitib. Paşayev “Dnipro-1” ilə matçın heyətində olsa da, oyunu ehtiyat oyunçular skamyasından izləyib.