Ukraynada 2018-in ən yaxşı futbolçusu məlum oldu

Ukraynada 2018-ci ilin ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qalib futbolçu, baş məşqçilər və futbol mütəxəssislərinin iştirak etdiyi sorğu nəticəsində müəyyənləşib.

Ukraynada ötən ilin ən yaxşı futbolçusu mükafatına “Şaxtyor”dan Marlos layiq görülüb. Braziliyalı hücumçu ardıcıl ikinci dəfə Ukraynada ilin ən yaxşı futbolçusu seçilir.