Ukrayna millisinə texniki məğlubiyyət verildi

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə – Ukrayna oyunu ilə bağlı yekun qərar verilib.

Komanda.az xəbər verir ki, UEFA qonaq komandaya texniki məğlubiyyət verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Nəticədə 4-cü qrupda sonuncu pilləni tutan Andrey Şevçenkonun başçılıq etdiyi kollektiv A Liqasını tərk edib.

Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxması üzündən baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.