Ukrayna millisinin üzvü “Benfika”da – rəsmi

Ukrayna milli komandasının və “Gent”in futbolçusu Roman Yaremçuk karyerasını Portuqaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu “Benfika”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaremçukla müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Yaremçuk “Gent”lə ümumilikdə 152 oyunda 61 qol vurub. Hücumçu Ukrayna yığmasında çıxdığı 29 oyunda 10 dəfə fərqlənib.