Koronavirusa kütləvi yoluxma – “Barselona” ilə oyundan əvvəl

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Barselona”yla qarşılaşacaq Ukraynanın “Dinamo” klubunda daha 6 nəfər koronavirusa yoluxub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiyev təmsilçisində Georgi Çitaişvili, Denis Qarmaş, Mikkel Duelunn, Aleksandr Karavayev, Tudor Belutse və Nikolay Şaparenkonun koronavirus testi pozitiv nəticələnib. Bundan başqa, baş məşqçinin köməkçisi Emil Karasda da koronavirus aşkarlanıb.

Komandada daha əvvəl Denis Boyko, Georgi Buşan və Vitali Mikolenkonun da koronavirusa yoluxduğu açıqlanmışdı.

“Dinamo” “Barselona” ilə noyabrın 4-də qarşılaşacaq.