Ukrayna klubu “Everton”un 30 milyon avroluq təklifini rədd edib

“Şaxtyor”un (Donetsk) cinah oyunçusu Mixailo Mudrik Avropanın bir neçə klubunun maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna klubu gənc futbolçunun satışından 50 milyon avrodan çox qazanmaq istəyir.

Xəbərdə bildirilir ki, “Şaxtyor” Mudrik üçün “Everton”dan gələn 30 milyon avroluq təklifi rədd edib. Futbolçu ilə yaxından maraqlanan London “Arsenal”ı isə hələ ki, Donetsk klubuna rəsmi təklif göndərməyib.

Daha əvvəl mətbuatda 21 yaşlı ukraynalıya “Arsenal”, “Everton”, “Nitsa”, “Brentford”, “Yuventus”, “Sevilya”, “Bayer” və “Nyukasl”dan maraq olduğu barədə xəbərlər yayılmışdı. Yayda “Şaxtyor” gənc ulduzunu buraxmaqdan imtina etmişdi.

Mudrik bu mövsüm “Şaxtyor”un heyətində 5 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunu 15 milyon avro dəyərində qiymətləndirir.

Bizi Telegramda izləyin