Ukraynalı referi döyüldü

Ukrayna 1-ci Liqasının 24-cü turu çərçivəsində baş tutan “Arqobiznes” – “Minay” matçının baş hakimi Yuri İvanov fiziki təzyiqlərə məruz qalıb.

Komanda.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. İvanov “Arqobiznes” klubunun futbolçuları tərəfindən hakimlər otağında döyülüb.

İvanov “Aqrobiznes”in oyunçularına 8 sarı vərəqə göstərib və bu komandanın qapısına penalti təyin edib. Qarşılaşma “Minay”ın 2:0 hesablı qələbəsiylə başa çatıb.