“İnter” “Milan”dan qat-qat güclüdür” – Çalhanoğlu

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu keçmiş klubu “Milan” haqda fikirlərini bölüşüb.

Komanda.az “Tivibu Spor”-a istinadən xəbər verir ki, o, “İnter”in “Milan”dan daha güclü olduğunu deyib:

“İnter” “Milan”dan qat-qat güclüdür. “Milan”la qarşılaşdığımız matçda 75-ci dəqiqədən sonra məni və İvan Perişiçi əvəzlədilər, derbidə məğlub olduq. 1:0 öndə idik və 1:2 hesabı ilə uduzduq. Uğursuzluğumuzda baş məşqçi Simone İnzaqinin payı oldu, mən bu barədə ona danışdım. İtaliya kubokunun yarımfinalında isə onları məğlub etdik”.

Çalhanoğlu 2017-2021-ci illərdə “Milan”da çıxış edib, sonra “İnter”ə keçib. 28 yaşlı türk futbolçu ötən mövsüm 46 matça çıxıb, 8 qol vurub, 13 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button