“Uğursuz deyilik” – Salah

İngiltərə Premyer Liqasının son turunda “Vulverhempton”a 2:0 hesabı ilə qalib gəlsə də, çempionatı ikinci pillədə tamamlayan “Liverpul”un hücumçusu Məhəmməd Salah açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, misirli futbolçu, uğurlu mövsüm keçirdiklərini deyib:

“Bu mövsüm 97 xal topladıq və sadəcə bir matçda məğlub olduq. Uğursuz deyilik. Növbəti mövsüm yenə çempionluq üçün mübarizə aparacağıq”.

Bu mövsüm “qırmızılar”ın heyətində 38 oyuna çıxan Salah, 22 qolla çempionatın bombardiri olub.