Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Qazişəhər Qaziantep”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

Ufuk da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Boluspor” hazırda 46 xalla 18 iştirakçı arasında 9-cu pillədədi.