Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Adanaspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Altınordu” hazırda 13 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.