Ufuk Budak oynadı, Ozan Canın komandası qələbə qazandı

Futbol üzrə Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə U-21 yığmamızın üzvü Ozan Can Kökcünün komandası “Girəsunspor”la qarşılaşıb. “Boluspor” bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:3.

Ufuk da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Ozan Canın adı isə ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Boluspor” hazırda 35 xalla 18 iştirakçı arasında 9-cu, “Girəsunspor” isə 26 xalla 14-cü pillədədir.