Həbib Nurməhəmmədovun atası koronavirusa yoluxdu

UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Həbib “instagram” hesabında məlumat yayıb. O, atasının hazırda xəstəxanada olduğunu deyib.

Həbib, koronavirusa yoluxan və süni nəfəs aparatına qoşulan atasının vəziyyətinin ağır olduğunu da bildirib. Abdulmanap Nurməhəmmədov ötən il ürəyindən əməliyyat olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button