Azərbaycanlı futbolçular iki aylıq karantinə göndərildi

 “Ufa” klubu bütün futbolçularını mayın 30-na qədər ev karantininə göndərib.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Ufa” rəhbərliyi bir müddət əvvəl komandanın yarımmüdafiəçisi Olivye Tillin koronavirusa yoluxduğu şübhəsiylə bütün futbolçuları aprelin 2-nə qədər ev karantininə göndərmişdi.

“Ufa”da azərbaycanlı futbolçular Azər Əliyev və Turqay Möhbalıyev forma geyinir.

Rusiya Premyer Liqası koronavirus pandemiyası səbəbiylə aprelin 10-na qədər dayandırılıb.