Ueyn Runi istefa verdi

İngiltərənin “Derbi Kaunti” komandasının baş məşqçisi Ueyn Runi istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı mütəxəssis öz istəyi ilə postundan ayrılıb. Onun rəhbərliyi altında komanda ötən mövsüm Çempionşipi tərk edib.

Runi 2020-ci ilin noyabrından “Derbi Kaunti”yə rəhbərlik edirdi.

Xatırladaq ki, 2021/2022 mövsümündə “Derbi Kaunti”də ciddi maliyyə problemləri yaşanıb.