Uels millisinin üzvü rəsmən “Mançester Yunayted”də

İngiltərənin “Mançester Yunayted” klubu “Suonsi Siti”nin futbolçusu Daniel Ceymsi rəsmən heyətinə qatıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı vingerlə 4+1 illik müqavilə imzalanıb.

“Qırmızı şeytanlar” bu transferə görə 17 milyon avro təzminat ödəyiblər.

Ceyms 2018-ci ilin sonlarından etibarən Uelsin əsas millisində çıxış edir. Uels yığması Azərbaycanın AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən biridi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button