“Azərbaycan çox insanın düşündüyündən daha yaxşı komandadır”

Uels millisinin futbolçusu Ben Deyvis AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qarşılaşdıqları oyundan (1:1) sonra fikirlərini bildirib.

Komanda.az “countypress.co.uk” saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi noyabrda Azərbaycanla qarşılaşacaqları oyun haqda da danışıb:

“Xorvatiyaya məğlub olmamaq önəmli idi. Bu, qarşıdakı iki oyuna inamla getmək üçün vacib idi. Qrupda rəqabət davam edir. Macarıstan və Azərbaycanla keçirəcəyimiz matçlarla seçmə mərhələyə yekun vuracağıq. Azərbaycan çox insanın düşündüyündən daha yaxşı komandadır. Onlarla səfərdə oynamaq çətin olacaq”.

Noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq.