AÇ-2020: “Bu komanda ilə qürur duyuram” – Beyl

Uels milli komandasının futbolçusu Qaret Beyl AÇ-2020-nin qrup mərhələsinin ilk turunda İsveçrəyə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, yığmanın kapitanı, 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Qələbə qazanmaq istədik, lakin rəqibin də şansları var idi. Sona qədər mübarizə apardıq və xarakter göstərdik. Bu komanda ilə qürur duyuram. Hesabda geri olsaq da, istiyə rəğmən çox çalışdıq və heç-heçə edə bildik.

Səhvlərimizə baxacağıq və özümüzü toparlayıb, Türkiyə ilə oyuna hazırlaşmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button