AÇ-2020: “Türkiyə ilə oyun çətin olacaq”

Uels milli komandasının futbolçusu Co Rodon AÇ-2020-nin qrup mərhələsində Türkiyəyə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, müdafiəçi, Türkiyə ilə oyunda yaxşı nəticəyə ümid etdiyini deyib:

“Türkiyənin də, bizim də yaxşı heyətimiz var. Klublarında yüksək səviyyədə oynayan futbolçularımız var. Komandamızda birlik var. Bu, məncə, çox gözəldir.

Turnirdə üz-üzə gəldiyim hər hücumçu mənim üçün fərqli təcrübə olur. Sürətli futbolçulara qarşı oynamaq hər zaman çətin olur. Lakin biz müdafiəçilər onlardan daha yaxşı olmalıyıq. Türkiyə ilə oyun çətin olacaq. Ümid edirəm ki, yaxşı nəticə əldə edə bilərik”.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə – Uels matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button